"Vilyarreal"da yeni futbolçu
02.02.2024 - 16:57
"Vilyarreal"da yeni futbolçu

“Vilyarreal” heyətinə yeni futbolçu qatıb.

Apasport.az xəbər verir ki, La Liqa təmsilçisi "Aston Villa"nın yarımmüdafiəçisi Bertran Traoreni rənglərinə bağlayıb.

Bu barədə İspaniya klubunun rəsmi açıqlamasında bildirilib. Birmingem təmsilçisi ilə əməkdaşlığına son qoyan Burkina Faso millisinin futbolçusu ispanlarla mövsümün sonuna kimi anlaşıb.

Qeyd edək ki, cari mövsümdə iştirak etdiyi 6 matçda cəmi 43 dəqiqə meydanda olan Traore bir məhsuldar ötürmə ilə yadda qalıb.

0