“Vilyarreal”da yeni məşqçi
25.10.2022 - 09:26
İspaniyanın “Vilyarreal” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisini Kike Setyen çalışdıracaq.
Klub rəhbərliyi 64 yaşlı mütəxəssislə razılığa gəlib. O, İspaniyada təmsilçisini tərk edən Unai Emerini əvəzləyib.
Bu vəzifəyə digər namizəd Marselino Qarsiya Toral olsa da, “Atletik”in sabiq çalışdırıcısı İspaniya yığmasından təklif gözləməyi lazım bilib. O, Luis Enrikeni əvəzləyəcəyinə ümid edir.
Qeyd edək ki, Setyen 2020-ci ilin avqustunda “Barselona”dan ayrıldıqdan sonra işsizdir. Emeri isə “Aston Villa”nın sükanı arxasına keçib.
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
0
0