“Vulverhempton” Lapotegi ilə vidalaşdı
09.08.2023 - 01:41
“Vulverhempton” Lapotegi ilə vidalaşdı

“Vulverhempton” baş məşqçi Xulen Lapotegi ilə yollarını ayırıb.

Apasport.az-ın məlumatına görə, İngiltərə Premyer Liqasının startına bir neçə gün qalmış tərəflər qarşılıqlı şəkildə müqaviləyə xitam veriblər.

54 yaşlı mütəxəssislə klub rəhbərliyi arasında transfer məsələlərində fikir ayrılığı yaranmışdı. Lapotegi ötən ilin noyabr ayından komandaya başçılıq edirdi. Bu müddət ərzində “Vulverhempton” ispaniyalı baş məşqçini rəhbərliyi altında 27 oyun keçirib. “Canavarlar” bu görüşlərin 10-da qələbə qazanıb, 12-də uduzub və 5-də heç-heçə oynayıb.

Qeyd edək ki, Lapotegi əvvəllər “Sevilya”, Real, “Portu” klublarlnda, həmçinin İspaniya yığmasına rəhbərlik edib.

0