10 qolla Premyer Liqa tarixinə düşdü
19.04.2016 - 09:53
“Tottenhem”in yarımmüdafiəçisi Dele Alli İngiltərə Premyer Liqasının tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, o, buna “Stok Siti” ilə qarşılaşmada vurduğu 2 qolla nail olub.
Premyer Liqanın XXXIV turu çərçivəsində “Tottenhem”in 4:0 hesabı ilə qalib gəldiyi görüşdə dubl edən Alli cari mövsümdəki qollarının sayını 10-a çatdırıb. Bununla İngiltərə millisinin üzvü 10 qol həddinə çatan ən gənc oyunçu olub. Alli bunu 20 yaş 7 günlüyündə reallaşdırıb.
Qeyd edək ki, ötən il “Milton Keyns Dons”dan alınan Alli İngiltərə millisində 6 oyun keçirib, 1 qola imza atıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0