119 klubun gözü Nyonda
02.06.2014 - 13:05
119 klubun gözü Nyonda

Avropa Liqasının ilk 2 təsnifat mərhələsində çıxış edəcək 119 klubun tam siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, onlardan 78-i I təsnifat mərhələsindən mübarizəyə başlayacaq.

 

Onlardan ikisi Azərbaycan klublarıdır. İyunun 23-də İsveçrənin Nyon şəhərindəki püşk zamanı  “İnter” səpələnmiş, “Qəbələ” səpələnməmişlər səbətində yer alacaq. Bu mərhələdə bakılıların 36, əyalət təmsilçisinin 37 potensial rəqibi olacaq. Çünki komandalarımız həm bir-biri, həm də digər səbətdəki Ermənistan təmsilçisi ilə üz-üzə gələ bilməz.

 

Yarışa birbaşa II təsnifat mərhələsindən başlayacaq 41 klubdan biri – “Neftçi”dir. Ölkəmizin ən titullu klubu burada səpələnmişlərdən olacaq.

 

I təsnifat mərhələsi

 

Səpələnmişlər

 “Hoqesund”, “Rusenborq”, “Tromse” (hamısı Norveç), “Liteks”, “Botev” (hər ikisi Bolqarıstan), “Ekranas” (Litva), “Hafnarfyordur” (İslandiya), “Höteborq” (İsveç), “Şaxtyor” (Qazaxıstan), “Differdanj”, “Jeness” (hər ikisi Lüksemburq), “Linfild” (Şimali İrlandiya), “İNTER” (AZƏRBAYCAN), “Pünik” (Ermənistan), “Jelezniçar”, “Şiroki Briyeq” (hər ikisi Bosniya və Hersoqovina), “Honka” (Finlandiya), “Sliqo Rovers” (İrlandiya), “Birkirkara” (Malta), “Vaduts” (Lixtenşteyn), “Brommapoykarna” (İsveç), “Banqor” (Uels), “Zimbru”, “Tiraspol” (hər ikisi Moldova), “MüPA” (Finlandiya), “Rudar”, “Koper” (hər ikisi Sloveniya), “Metallurq” (Makedoniya), “Çixura” (Gürcüstan), “Nomme Kalyu” (Estoniya), “Dauqava” (Dauqavpils, Latviya), “Kukesi”, “Flyamurtari” (Albaniya), “Spartak” (Slovakiya), “Split” (Xorvatiya), “Aberdin” (Şotlandiya), “Ferensvaroş” (Macarıstan), “Buduçnost” (Çernoqoriya), “Yaqodina” (Serbiya)

 

Səpələnməmişlər

“Diosqyori” (Macarıstan), “Şkendiya” (Makedoniya), “QƏBƏLƏ” (AZƏRBAYCAN), “Fola” (Lüksemburq), “Qlenavon”, “Kruzaders” (hər ikisi Şimali İrlandiya), “Veris” (Moldova), “Şirak”, “Mika” (hər ikisi Ermənistan), “Sioni” (Gürcüstan), “Hibernian”, “Slima” (hər ikisi Malta), “Styarnan”, “Fram” (hər ikisi İslanidya), “Astana”, “Kayrat” (hər ikisi Qazaxıstan), “Vikinqur”, “Torshavn”, “Fulafyordur” (hamısı Farer adaları), “Derri”, “Dandalk” (hər ikisi İrlandiya), “Laçi” (Albaniya), “Vaasa” (Finlandiya), “Airbus”, “Aberisvit” (hər ikisi Uels), “Banqa”, “Atlantas” (hər ikisi Litva), “Yelqava”, “Dauqava” (Riqa, hər ikisi Latviya), “Kalev”, “Santos” (hər ikisi Estoniya), “Libertas”, “Folqor” (hər ikisi San-Marino), “Kollec” (Cəbəllütariq), “Santa Koloma”, “Sent Culiya” (hər ikisi Andorra), “Turnovo” (Makedoniya), “Lovçen”, “Selik” (hər ikisi Monteneqro)

 

II təsnifat mərhələsi

 

Səpələnmişlər

“Hapoel” (Təl-Əviv, İsrail), “Esbyerq” (Danimarka), “Elfsbprq”, AİK (hər ikisi İsveç), “Petrolul”, ÇFR (hər ikisi Rumıniya), “NEFTÇİ” (AZƏRBAYCAN), “Zulte Varegem” (Belçika), “Spartak”, “Krasnodar” (hər ikisi Rusiya), “Omoniya” (Kipr), “Lütsern” (İsveçrə), MOİK (Bolqarıstan), “Qroningen” (Hollandiya), “Asteras” (Yunanıstan), “Motervell” (Şotalandiya), “Zarya” (Ukrayna), “Molde” (Norveç), “Hayduk”, “Riyeka” (hər ikisi Xorvatiya), “Mlada Boleslav”, “Slovan” (hər ikisi Çexiya), “Əskişəhərspor” (Türkiyə), “Voyvodina”, “Partizan” (hər ikisi Serbiya), “Dinamo” (Belarus), “Sankt Polten”, “Qrodiq” (hər ikisi Avstriya), “Zestafoni” (Gürcüstan), “Lex”, “Rux” (hər ikisi Polşa), “Hapoel" (Beyer-Şeva, İsrail), I təsnifat mərhələsinin 8 cütü

 

Səpələnməmişlər

“Sent Conston” (Şotlandiya), “Neman”, “Şaxtyor” (hər ikisi Belarus), “Koşitse”, “Trençin” (hər ikisi Slovakiya), “Zavişa” (Polşa), “Rovaniemi” (Finlandiya), “Nova Qoritsa” (Sloveniya),  “Qyori ETO” (Macarıstan), I təsnifat mərhələsinin 31 cütü

 

0