11 ilə 540 min dəfə bahalaşan futbolçu
28.05.2014 - 02:36
“Atletiko Madrid”in futbolçusu Dieqo Qodin futbol dünyası üçün fantastik rekord vurub. Apasport.az saytının məlumatına görə, mövsümün sonunda oyunu ilə hamını heyrətləndirən futbolçunun qiyməti 11 ilə 540 min dəfə (!) yüksəlib.
17 yaşlı Dieqonun 2003-cü ildə keçdiyi “Serro” klubu “Cefensor Sportinq”ə 840 Uruqvay pesosu ödəyib. Bu, cəmi 27 avro edir. İndi isə Qodinin qiyməti 14,5 milyon avroya çatıb və qiymətin yenə də yüksələcəyi gözlənilir.
0
0