Azərbaycan kubokunun 1/16 final mərhələsinə hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, sabah baş tutacaq matçlarda I divizion klubları çıxış etdiyindən, Premyer Liqa hakimləri bu matçlardan kənar qalıb.
Belə ki, Bakıda baş tutacaq paytaxt təmsilçilərinin oyunlarını Rəşad Əhmədov və İnqilab Məmmədova idarə edəcək.
Azərbaycan kuboku
1/16 final mərhələsi
22 oktyabr (çərşənbə)
14:00. MOİK – “Lokomotiv”
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Vüsal Qənbərov, Səbuhi Soltanov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
14:00. “Qaradağ Lökbatan” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, İsgəndər Əliyev, Xəlil Xəlilov
“Dalğa Arena”