[b]2013/14 mövsümü: Ən yaxşı qapıçı kimdi? [/b]
19.05.2014 - 14:56
[b]2013/14 mövsümü: Ən yaxşı qapıçı kimdi? [/b]

Topaz Premyer Liqasının 2013/14 mövsümündə ən çox quru oyun keçirən qapıçıların siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 36 turluq çempionatda 9 qapıçı 6 və daha çox matçda qapısını toxunulmaz saxlayıb.

 

Rekord isə “Simurq”un qapıçısı Pavel Kapsaya məxsusdur. Polşalı 16 matçda qapısından qol buraxmayıb. O, buna 32 qarşılaşmada nail olub. Bu isə o deməkdir ki, legioner oyunların 50 faizində qol buraxmayıb.

 

“Qarabağ”ın qapıçıları – İbrahim Şehim və Fərhad Vəliyev meydana çıxdığı görüşlərin yarısından çoxunda bunu bacarıb. Lakin quru oyun sayında 2-ci yer Saşa Stamenkoviçə məxsusdur. İbrahim isə yalnız 3-cüdür. O, yalnız ümumi oyun sayının azlığına görə ən yaxşı yerli qapıçı Səlahət Ağayevi arxada qoyub. Bu üzdən də ilk 3 pillədə yalnız əcnəbilər qərarlaşıb.

 

Ən çox quru oyun keçirənlər

 

1. Pavel Kapsa (Simurq) – 16 quru oyun (32 matçda)

2. Saşa Sramenkoviç (Neftçi) - 13 (34)

3. İbrahim Şehiç (Qarabağ) – 12 (22)

4. Səlahət Ağayev (İnter) – 12 (25)

5. Kamran Ağayev (Bakı/Qəbələ) – 9 (26)

6. Fərhad Vəliyev (Qarabağ) – 7 (12)

7. Orxan Sadıqlı (Xəzər Lənkəran) – 7 (26)

8. Aqil Məmmədov (Bakı)– 6 (19)

9. Ruslan Məcidov (AZAL) – 6 (24)