Norveç çempionatının sonuna 2 tur qalmış qızıl medalların sahibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Rusenborq” tarixində 23-cü dəfə ölkə çempionu tituluna yiyələnib.
Tronheym təmsilçisi buna ən yaxın izləyicisi “Stromsqodset”lə heç-heçə sayəsində nail olub – 3:3. Bu bərabərlik nəticəsində “Rusenborq” həm heç-heçə etdiyi komanda, həm “Stabek”lə xal fərqini 10-da saxlayıb. Bu isə sona 2 tur qlmış çempionluğun təmin olunması üçün kifayət edib.
Qeyd edək ki, 2010-cu ildən sonra qızıl medal qazana bilməyən “Rusenborq” 4 illik həsrətə son qoyub. Tronheymlilər 1990-2010-cu illərdə 17 dəfə qızıl medal qazanmışdı.