24 ildən sonra
28.05.2014 - 10:44
Çempionlar Liqasının 2014/15 mövsümünün daha bir iştirakçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, San-Marinonun ən güclü klubunun adı bəlli olub.
Final oyununda “Folqere” ilə görüşən “La Fiorita” 2 cavabsız qolla qalib gəlib. 24 ildən sonra bu titulu qazanan komanda Avropanın ən nüfuzlu klub turnirinin I təsnifat mərhələsinə vəsiqə əldə edib. “La Fiorita” həmin mərhələni adlasa, Azərbaycan çempionu “Qarabağ”la görüşə bilər. İyunun 23-dəki püşkatmada san-marinoluların təşkil edəcəyi cütlük təmsilçimizin potensial rəqiblərindən olacaq.
0
0