Azərbaycan millisinin sabiq futbolçusu Branimir Subaşiç “Manisaspor”dakı qol sayını 4-ə çatdırıb. Apasport.az saytının məlumatına görə, 33 yaşlı hücumçu Türkiyə kubokunun 1/8 final mərhələsinin “Tuzlaspor”la qarşılaşmasında (3:1) fərqlənib.
Bu qol onun cari mövsümdə 4-cü, kubokda 2-ci uğurudu. Bunadək milliləşən serbiyalı kubokun “Zonquldak Kömürspor”la matçında (2:1) rəqib qapısına yol tapmışdı.
Subaşiç Manisa təmsilçisindəki digər iki qolunu I liqada vurub. O, “Antalyaspor” (3:3) və “Bucaspor”la (5:0) görüşlərdə qolçuluq bacarığını nümayiş etdirib.
Qeyd edək ki, 18 çempionat və 7 kubok matçına çıxan Branimir “Manisaspor”da 25-ci qarşılaşmasını keçirib.