Futzal üzrə milli komandaların növbəti reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, dekabrın 1-3-də Özbəkistanın paytaxtı Daşkənddə keçirilən beynəlxalq turnirdə çıxış edən Azərbaycan millisi Asiyada keçirdiyi 3 oyunun bəhrəsini görüb.
Qazaxıstana 1:4 uduzub, Belarusu 2:1, Özbəkistanı 6:3 hesabı ilə məğlub edən yığmamız 2 qələbə üçün 2 xal əldə edib. Belə ki, ötən reytinqdə hesabında 1391 xal olan komandamız aktivini 1393-yə çatdırıb.
Lakin bu artım millimizin irəliləməsinə kifayət etməyib. Yığmamız bunadək qərarlaşdığı 12-ci pillədə qalıb.
Qeyd edək ki, siyahının yuxarı pillələrində heç bir dəyişiklik olmayıb. Xal hesabı dəyişən yığmalar mövqelərində qalıb.
Dünyanın ən güclü 12 millisi
1. İspaniya - 1915
2. Braziliya - 1910
3. İtaliya - 1747
4. Rusiya – 1739
5. Argentina – 1684
6. Portuqaliya - 1618
7. İran - 1588
8. Ukrayna – 1474
9. Kolumbiya - 1415
10-11. Çexiya - 1399
10-11. Yaponiya - 1399
12. AZƏRBAYCAN – 1393
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı