310 gündən sonra
15.02.2014 - 12:54
310 gündən sonra

Bakının “İnter” klubu “Simurq”la oyunlardakı uğursuz seriyasını qırıb. Apasport.az saytının məlumatına görə, son 3 qarşılaşmada qələbəyə həsrət qalan paytaxt futbolçuları Topaz Premyer Liqasının XXI turunun səfər matçında 1:0 hesabı ilə qalib gəlib.

 

Kaxaber Sxadadzenin yetirmələri sonuncu dəfə 2013-cü il aprelin 20-də Zaqatala klubunu məğlub etmişdi  5:0. 310 gün rəqibini yenə bilməyən “İnter” növbəti 2 qarşılaşmada uduzmuşdu – səfərdə 0:1, evdə 1:2. Bakıda baş tutan son görüşdə isə azarkeşlər qol görməmişdi.