Topaz Premyer Liqası: 2013/14 mövsümünə yekun vuruldu
17.05.2014 - 19:19
Topaz Premyer Liqası: 2013/14 mövsümünə yekun vuruldu

Bu gün Topaz Premyer Liqasında 2013/14 mövsümünə yekun vurulub. Apasport.az saytının məlumatına görə, XXXVI tur qızıl və gümüş medalların sahiblərinə təqdim olunması, bürünc mükafatçı ilə Premyer Liqanı tərk edən komandanın müəyyənləşməsi ilə əlamətdar olub.

 

Belə ki, bu turadək ilk iki pillədəki yerlərini təmin edən “Qarabağ” və “İnter” öz meydanlarında nominal qonaq kimi çıxdıqları matçda medallarına yiyələnib. “İnter” AZAL-la paytaxt derbisində qalib gəlməklə bayrama bayram qatıb. Çempionluq kuboku və qızıl mükafatlarını alan “Qarabağ” isə öz meydanında “Xəzər Lənkəran”ın qonağı olub. Ağdamlılar 1-ci yeri təmin edəndən sonra keçirdiyi 2-ci qarşılaşmada da məlub olub və ardınca mükafatlandırılma mərasiminə qatılıb.

 

Bu qarşılaşmadan əvvəl “Simurq” “Neftçi” ilə matçda xal itirdiyindən, cənublular üçün çempionla oyunun əhəmiyəti qalmayıb. Çünki bu oyunun nəticəsindən asılı olmayaarq, “Xəzər Lənkəran” 6-cı, “Simurq” 7-ci olub.

 

Sonuncular isə bürüncün taleyinin həll olunmasında pay sahibliyi edib. “Simurq” “Neftçi”yə cari mövsümdəki 4-cü matçda da qol vurmasa da, 0:0 hesabı bakılıları medaldan məhrum edib. “Ağ-qaralar” 2 xal itkisi ilə 3-cü pilləni əldən verib. Bununla da son 3 ilin çempionu bu dəfə “üçlük”dən kənarda qalıb.

 

“Qarabağ” və “İnter”in ardınca 3-cü mükafatçı isə “Qəbələ” olub. Tarixində ilk dəfə mükafat qazanan əyalət təmsilçisi buna “Sumqayıt” üzərində qələbə ilə nail olub. Yuri Syominin komandası əzmkar qələbə ilə “Neftçi”ni keçib.

 

“Sumqayıt” isə uduzsa da Premyer Liqada yerini qoruya bilib. Buna paytaxt derbisinin nəticəsi təsir edib. “Bakı”nın səfərdə “Rəvan”ı məğlub etməsi sonuncuları elə axırıncı pillədə saxlayıb. Bununla da Güvənc Kurtarın yetirmləri I diviziona yuvarlanan yeganə komanda olub.

 

XXXVI tur

17 may (şənbə)

“Xəzər Lənkəran” – “Qarabağ” -  2:1
Qollar: Tyeqo de Xesus,5; Elnur Abdullayev, 86 - Ulrix Kapolonqo, 44  

İlk 3 dövrədəki oyunlar – 0:2, 0:3, 1:0

Hakimlər: Vüsal Əliyev, Elman Musayev, Kamran Bayramov, Nail Nağıyev  
Tofiq Bəhramov adına Respublika stadionu

 

“Xəzər Lənkəran”: 19. Vyekoslav Tomiç, 3. Vanderson Skarduelli, 5. Tyeqo de Xesus, 7. Sadio Tounkara, 10. Elnur Abdullayev, 11. Zohair Benouahi, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 20. Etame Mbilla, 27. Manuel Skarlatake, 55. Ağabala Ramazanov
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 2. Slavik Alxasov, 6. Rasim Ramaldanov, 12. Junior Nildo, 16. Adrian Pit, 23. Nikola Qliqorov, 30. Elias Ribeiro, 
Məşqçi: Oğuz Çetin

“Qarabağ”: 13. İbrahim Sehiç, 5. Maksim Medvedev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov (k), 11. Ulrix Kapolonqo, 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 22. Toğrul Bilallı, 33. Təmkin Xəlilzadə, 24. Admir Teli, 25. Ansi Aqolli
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov, 21. Tural Rzayev, 23. Tural İsgəndərov
Baş məşqçi: Qurban Qurbanov

 

“Qəbələ” – “Sumqayıt” - 3:1
Qollar: Viktor Mendi, 39; Lorenzo Ebesilio, 89; Abdulvahid Afolabi, 90+1 - Məhəmməd Qurbanov, 7

İlk 3 dövrədəki oyunlar – 1:2, 2:0, 3:0

Hakimlər: Elvin Əsgərov, Nahid Əliyev, Munis Abdullayev, Teymur Fərhadov

Qəbələ şəhər stadionu
 

“Qəbələ”: 1. Kamran Ağayev (k), 2. Rail Məlikov, 7. Marat İzmaylov, 8. Nizami Hacıyev, 9. Viktor Mendi, 10. Luis Hilario, 14. Lorenzo Ebesilio, 16. Ruslan Tağızadə, 31. Daniel Subotiç, 44. Rafael Santos, 46. Davronjon Erqaşev
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 6. Volodimir Levin, 19. Abdulvahid Afolabi, 22. Lourival Assis, 34. Ürfan Abbasov, 42. Leonardo da Silva, 88. Müşfiq Teymurov
Baş məşqçi: Yuri Syomin

“Sumqayıt”: 1. Andrey Popoviç, 3. Vurğun Hüseynov, 7. Pərdis Fərcad-Azad, 9. Tərzin Cahangirov, 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 18. Aleksandr Çertoqanov (k), 21. Məhəmməd Mirzəbəyov, 88. Mirzağa Hüseynpur, 92. Bəxtiyar Həsənalızadə, 99. Rəhman Hacıyev
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 2. Şəhriyar Xəlilov, 4. Samir Abasov, 5. Kamil Hüseynov, 8. Aqşin Muxtaroğlu, 17. Adil İbrahimov, 77. Ramil Mansurov
Baş məşqçi: Aqil Məmmədov

 

 

AZAL – “İnter” - 1:3
Qollar: Aydın Qasımov, 71 - Samir Zərgərov, 2; Dieqo Madriqal, 9; 83

İlk 3 dövrədəki oyunlar – 2:1, 0:2, 1:2

Hakimlər: Rauf Cabbarov, Elşən Acalov, İsgəndər Əliyev, Mahir Məmmədov 
“Şəfa” stadionu
 

AZAL: 12. Cahangir Həsənzadə, 2. Xuan Fransisko, 6. Aydın Qasımov, 10. Con Oluremi, 15. Oskars Klava, 17. Viktor İqbekoyi, 19. Orxan Səfiyaroğlu, 20. Branislav Arsenyeviç, 23. Tural Nərimanov, 26. Kərim Diniyev, 27. Rəşad Abdullayev (k)
Ehtiyat oyunçular: 16. Elçin Sadıqov, 3. Aleksandr Şemonayev, 4. Jose Junior Ailton, 8. Qərib İbrahimov, 22. Axtam Xamraqulov, 25. Əbülfəz Hüseynli, 30. Fariz Nəcəfov
Baş məşqçi: Tərlan Əhmədov

“İnter”: 1. Giorgi Lomaya (k), 4. İvan Benitez, 5. Slavço Georgiyevski, 6. Samir Zərgərov, 8. Mikel Alvaro, 20. Brüs Abdulaye, 24. Fuad Bayramov, 27. Dieqo Madriqal, 30. Abbas ,Hüseynov, 47. Abdulla Abatsiyev, 91. Coşqun Diniyev
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 2. Azər Salahlı, 14. İlqar Ələkbərov, 18. Mansur Nəhavəndi, 22. Nurxan Mənsimzadə, 35. İlkin Sadıqov
Baş məşqçi: Kaxaber Sxadadze

 

 

“Rəvan” – “Bakı” - 2:3
Qollar: Miloş Adamoviç, 90; Xuan Manuel Varea, 90+3 - Rauf Əliyev, 24; Aleksandar Soliç, 83; Tural Qürbətov, 90+1

İlk 3 dövrədəki oyunlar – 0:5, 0:0, 1:5

Hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə, Rza Məmmədov, Rəşad Əhmədov 
“Bayıl Arena” stadionu
 

“Rəvan”: 1. Lukas Sapela, 4. Mitya Moreç, 11. Kamil Nurəhmədov, 14. Xuan Manuel Varea, 16. Orxan Lalayev, 21. Novruz Məmmədov (k), 25. Ayaz Mehdiyev, 28. Boyan Markoviç, 30. Cəmşid Məhərrəmov, 40. Mişel Balokoq, 41. Kamil Kopunek
Ehtiyat oyunçular: 12. Fuad Əhmədov, 3. Məmməd Quliyev, 6. Ceyhun Cavadov, 8. Julio Sezar, 17. Ramazan Abbasov, 19. Hüseyn Axundov, 20. Miloş Adamoviç
Baş məşqçi: Güvenc Kurtar

“Bakı”: 1. Aqil Məmmədov , 2. Deyvidas Çesnauskis, 3. Yure Travner, 11. Rauf Əliyev (k), 15. Alberto Noquera , 21. Elvin Məmmədov, 22. Namiq Ələsgərov , 23. Lukas Mario Horvat, 24. Georgios Pelagios, 31. Vüqar Mustafayev, 34. Şəhriyar Əliyev
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 6. Vadim Abdullayev , 8. Cavid Hüseynov, 10. Aleksandar Soliç, 16. Xavyer Junior , 20. Tural Qürbətov, 27. Eltun Hüseynov
Baş məşqçi: Milinko Pantiç
 

 

“Simurq” – “Neftçi” - 0:0

Qırmızı vərəqələr: Elvin Yunuszadə (45+1); Mirhüseyn Seyidov, 90+4

İlk 3 dövrədəki oyunlar – 0:1, 0:0, 0:3

Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Mübariz Haşımov, Fərid Məmmədov  
Zaqatala şəhər stadionu

“Simurq”: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 4. Dilaver Zrnanoviç, 8. Patrik Osiako, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 18. Tural Axundov, 20. İdan Vaytsman, 21. Murad Səttarlı, 22. Salif Ballo, 26. Benjamin Lambot
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 6. Taqim Novruzov, 16. Məhərrəm Hüseynov, 17. Rüstəm Məmmədov, 30. Raul Kostin, 62. Cavad Kazımov, 77. Nicat Qurbanov
Baş məşqçi: Georgi Çixradze

“Neftçi”: 30. Saşa Stamenkoviç, 3. Denis Silva, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 10. Cavid İmamverdiyev, 19. Mirhüseyn Seyidov, 21. Samir Məsimov, 22. Mahir Şükürov (k) 23.  Ruslan Qurbanov, 27. Məqsəd İsayev, 32. Elvin Yunuszadə
Ehtiyat oyunçular: 24. Ruzi Qiyaslı, 14. Bahodır Nasimov, 17. Fəhmin Muradbəyli, 18. Orxan Qurbanlı, 26. Cavid Muxtarzadə, 29. Aqşin Qurbanlı, 95. Elvin Bədəlov
Baş məşqçi: Böyükağa Hacıyev
 

 

 

Komanda
o
q
h
m
t
x
1  Qarabağ
36
21
9
6
66-21
72
2  İnter
36
20
7
9
60-37
67
3  Qəbələ
36
18
7
11
48-36
61
4  Neftçi
36
17
9
10
48-42
60
5  Bakı
36
16
9
11
53-43
57
6  Xəzər L
36
12
13
11
44-49
49
7  Simurq
36
11
13
12
35-28
46
8  AZAL
36
6
13
17
29-49
31
9  Sumqayıt
36
5
10
21
27-61
25
10  Rəvan
36
4
10
22
22-66
22


​Bombardir: Reynaldo (Qarabağ) – 22.