3 qolla 3 xal
06.04.2015 - 08:22
Azərbaycan yığmasının sabiq futbolçuları Ufuk Budak və Timur Təməltaş Türkiyə çempionatının I liqasında növbəti oyunlarını keçirib. Apasport.az saytının məlumatına görə, milliləşən legionerlərimizin hər ikisi komandasının 3 qol vurub. 3 xal qazanmasına sevinib.
“Qaziantep BB”nin formasını geyən Budak “Osmanlıspor”la XXVI turun evdəki qarşılaşmasında 90 dəqiqə meydanda olub. Bu görüşdə onun komandası 3:1 hesabı ilə qalib gəlib.
Timurun şərəfini qoruduğu “Altınordu” səfərdə “Antalyaspor”a qalib gəlib – 3:2. Təmsilçimiz bu görüşdə son 17 dəqiqəni forma geyib.
0
0