Topaz Premyer Liqasında XXXIV turun ən yaxşı futbolçusu və rəmzi “11-liy”i müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “InStat Football” şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik göstəricilərə əsasən “Qarabağ”ın braziliyalı legioneri Reynaldo Silva hamıdan ötən turun ən yaxşısı olub.
“İnter” üzərində 4:1 hesabı ilə qələbə qazanan və bununla da çempionluğu təmin edən Ağdam təmsilçisinin 5 üzvü rəmzi yığmaya düşüb. Turun ən yaxşı qapıçısı kimi fərqləndirilən isə “Qarabağ”dan 4, Reynaldodan 3 qol buraxan Səlahət Ağayev olub.
Qapıçı – Səlahət Ağayev (İnter)
Müdafiəçilər – Bruno Bertuççi (Neftçi), Rəşad Sadıqov (Qarabağ), Bədavi Hüseynov (Qarabağ), Maksim Medvedev (Qarabağ)
Yarımmüdafiəçilər – Reynaldo Silva (Qarabağ), Derlis Meza Kolli (İnter), Marinaldo da Silva (Qarabağ), Sadio Tounkara (Xəzər Lənkəran)
Hücumçular – Etame Mbilla (Xəzər Lənkəran), Baçana Sxadadze (İnter).
Mənbə: pfl.az