Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirdə 5-ci olan 1997-ci il təvəllüdlülərdən ibarət Azərbaycan millisi yarışın tarixində 7-ci dəfə penaltilər seriyasında gücünü sınayıb. Apasport.az saytının məlumatına görə, 1:1 hesabı ilə nəticələnən qarşılaşmadan sonra millimiz Belarusdan güclü olub – 5:4.
Millimiz bu yarışda qüvvəsini sınadığı 7 “lotereya”dan 5-də qalib gəlib. Yalnız iki dəfə uduzan komandamız sonuncu uğursuzluğu məhz belaruslularla dueldə yaşamışdı. Son 3 penaltilər seriyasında qalib gələn futbolçularımız bu rəqibi 2-ci dəfə məğlub edib.
10.01.2010 Özbəkistan 1:1, p. 4:3
09.01.2011 İtaliya 2:2, p. 5:3
08.01.2012 Litva 1:1, p. 5:6
13.01.2013 Belarus 1:1, p.3:5
09.01.2013 Latviya 1:1, p.3:0
11.01.2013 Belarus 1:1, p.4:2
11.01.2015 Belarus 1:1, p.5:4