5-ci uğursuzluq
09.01.2016 - 11:27
5-ci uğursuzluq

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirdə çıxış edən Azərbaycan millisi 5-ci böyükhesablı məğlubiyyətini alıb. Apasport.az saytının məlumatına görə, Sloveniyaya 0:4 hesabı ilə uduzan Təbriz Həsənovun baş məşqçisi olduğu U-17-yə qədər yığmalarımız 4 dəfə 3 və ya daha çox top fərqilə yenilmişdi.

 

Turnirdə ümumilikdə 34 matça çıxan millimiz ilk ağır məğlubiyyətini 5 il əvvəl alıb. Həmin vaxt Çin 3 cavabsız qolla sevinib.

 

Yığmamızın ən böyük məğlubiyyəti isə 4 il əvvəl yaşanıb. Həmin vaxt futbolçularımız Finlandiya ilə bacarmayıb – 0:7.

 

Millimizin Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirdəki böyükhesablı məğlubiyyətləri

07.01.2011 Çin 0:3
04.01.2012 Finlandiya 0:7
08.01.2014 Yaponiya 1:4

09.01.2015 Cənubi Koreya 0:3

08.01.2016 Sloveniya 0:4