[b]5 pillə irəli[/b]
12.01.2015 - 15:00
[b]5 pillə irəli[/b]

FİFA milli komandaların növbəti reytinq cədvəlini fevralın 12-də açıqlayacaq. Apasport.az saytının məlumatına görə, buna 1 ay vaxt qalsa da, indidən təxmini cədvəl tərtib olunub.

 

Həmin ehtimallarla tərtib olunan cədvəl yanvarın 8-də açıqlanan siyahı ilə müqayisədə bir xeyli dəyişikliyi özündə əks etdirir. Bu dəyişikliklər Azərbaycan millisinə də təsir edəcək.

 

Düzdü, yığmamız bu dövrdə heç bir matça çıxmayacaq. Lakin digər komandaların nəticələri yığmamızın mövqeyinə ciddi şəkildə təsir edəcək.

 

Bu ay hesabında 215 xal olan komandamız gələn ay 7 xallıq artıma sevinəcək. Göstəricimizin 222-yə çatması isə 5 pilləlik irəliləyişlə nəticələnməlidir.

 

Belə ki, son siyahıda 136-cı olan yığmamızın yeni cədvəldə 131-ci olacağı proqnozlaşdırılır. Robert Prosineçkinin yetirmələri Aruba, Filippin, Vyetnam. Maldiv adaları, Qvineya-Bissau və Yeni Zelandiyanı keçəcək. Əvəzində isə Mavritaniyanı önə buraxacaq.

 

Qeyd edək ki, Almaniya, Argentina və Kolumbiyanın yer aldığı ilk “üçlük”də dəyişik olmayacaq.