[b]600 nəfər də olsaydı...[/b]
28.09.2017 - 11:18
[b]600 nəfər də olsaydı...[/b]

Çempionlar Liqasının II turunun “Qarabağ” – “Roma” qarşılaşması iki rekord vurub. Apasport.az saytının məlumatına görə, Bakı Olimpiya Stadionundakı görüşdə 67 min 200 tamaşaçı qeydə alınıb.

 

Bu isə o deməkdi ki, 68 min 700 tamaşaçı tutumuna malik arenada anşlaqın yaşanması üçün cəmi 1500 nəfər çatmayıb.

 

Amma bu göstərici birdən-birə iki rekordla nəticələnib. Belə ki, “Qarabağ” – “Roma” matçı Azərbaycan futbolu tarixində ən çox tamaşaçı toplayan görüş olub.

 

Bu matç AVRO-2016-nın seçmə mərhələsinin Azərbaycan – İtaliya görüşünü kölgədə qoyub. 2 il öncə - 2015-ci il oktyabrın 10-da keçirilən matçda 48 min seyrçi qeydə alınmışdı.

 

“Qarabağ” – “Roma” görüşü həm də Çempionlar Liqasının II turunun ən çox izlənən matçı olub. Bakı Olimpiya Stadionundakı oyun ilk günün “Borussiya” – “Real” matçını arxada qoyub. Dortmundda 65 min 849 tamaşaçı olmuşdu.

 

Bakı Olimpiya Stadionunun 2019-cu ilin Çempionlar Liqasının finalının təşkilatçılığını uduzduğu Madridin “Metropolitano” arenası rekord vurmaq şansını qaçırıb. “Qarabağ” – “Roma” matçı İspaniya stadionunun tutumundan cəmi 600 tamaşaçı az toplayıb. “Atletiko”nun “Çelsi” ilə qarşılaşmasında 60 min 643 seyrçi qeydə alınıb.