60 milyonluq təklif qəbul edilmədi
08.07.2015 - 14:58
“Napoli” argentinalı futbolçusu Qonsalo İquaini “Arsenal”a satmaqdan imtina edib. Apasport.az saytı xəbər verir ki, Neapol təmsilçisi ingilislərin sərfəli təklifini geri çevirib.
“Arsenal” İquainə görə 60 milyon avrosundan keçməyə hazır idi. Lakin onların bu təklifinə müsbət cavab gəlməyib. “Napoli” rəhbərliyi İquaini satmaq fikrində olmadığını bildirərək, təklifi qəbul etməyib.
Qeyd edək ki, İquain “Napoli”yə 2013-cü ildə Madrid “Real”ından keçib.
0
0