“Xəzər Lənkəran” klubundan ayrılan 6 futbolçudan 3-ü komandanın tarixində ən çox oyun keçirənlərdəndi. Apasport.az saytının məlumatına görə, yay transferləri Rəşad Sadiqov, Rauf Əliyev, Əfran İsmayılovdan fərqli, digərləri ilk “20-lik”də yer alanlardı.
130 matç keçirən Elnur Abdullayev klub tarixinin 6-cı, 101 dəfə ağ-yaşıl forma geyən Adrian Skarlatake 8-ci sıradadı. Hərəyə 11 qol vuran futbolçuların ikisi də “Xəzər Lənkəran”da 100-ü arxada qoyan “doqquzluğ”a düşənlərdi.
76 qarşılaşmada komandanın şərəfini qorumuş Vanderson Skarduelli isə ümumi siyahıda 18-ci, legionerlər arasında 7-cidi.
“Xəzər Lənkəran” karyerası yarım il sürən Sadiqov 14, Əliyev 11, İsmayılov 10 qarşılaşmanın iştirakçısı olub. Rauf 3, Əfransa 1 qol sevinci də yaşayıb. Bu isə o deməkdi ki, 6 oyunçu ümumilikdə 26 qol vurub.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı