6 ildə 65 oyun, 15 qələbə
06.03.2014 - 18:00
6 ildə 65 oyun, 15 qələbə

Filippinlə Dubayda keçirilən yoxlama oyunu Azərbaycan millisinin baş məşqçisi Berti Foqts üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis 6 ildir rəhbərlik etdiyi millimizlə yubiley – 15-ci qələbəsinə sevinib.

 

Bunadək 14 qələbə görən Foqts yığmamızın 1:0 hesabı ilə qalib gəlməsi sayəsində yubiley qeyd edib. 6 ildir komandanıza rəhbərlik edən mütəxəssis 15-ci qələbəni 65-ci oyunda görüb.

 

21 heç-heçə, 29 məğlubiyyəti də olan çalışdırıcının rəhbərliyi dövründə millimiz 54 qol vurub və 88-ni buraxıb.

 

Foqtsla əldə olunan 15 qələbədən yalnız 5-i ev oyunlarına təsadüf edib. Digər qələbələrdən 6-sı səfərdə, 4-ü neytral meydanda qazanılıb. Neytral meydandakı qələbələrin də hamısı BƏƏ-də gerçəkləşib.

 

Qeyd edək ki, millinin baş məşqçiləri arasında qələbə sayında 2-ci yer Vaqif Sadıqova məxsusdur – 33 oyunda 7 qələbə.

 

Azərbaycan yığmasının Foqtsla bütün qələbələri
 

4 iyun 2008. YO. Andorra-la-Vella. Andorra - Azərbaycan - 1:2
15 oktyabr 2008. YO. Manama. Bəhreyn - Azərbaycan - 1:2
10 oktyabr 2009. DÇ. Vaduts. Lixtenşteyn - Azərbaycan - 0:2
18 noyabr 2009. BT. Əl-Ayn. Azərbaycan - Çexiya - 2:0
25 fevral 2010. YO. Əmman. İordaniya - Azərbaycan - 0:2
3 mart 2010. YO. Lüksemburq. Lüksemburq - Azərbaycan - 1:2
12 oktyabr 2010. AÇ. Bakı. Azərbaycan - Türkiyə - 1:0
6 sentyabr 2011. AÇ. Bakı. Azərbaycan – Qazaxıstan - 3:2
11 noyabr 2011. YO. Tirana. Albaniya – Azərbaycan - 0:1
27 fevral 2012. YO. Dubay. Azərbaycan – Hindistan - 3:0
15 avqust 2012. YO. Bakı. Azərbaycan - Bəhreyn - 3:0
6 fevral 2013. YO. Dubay. Azərbaycan – Lixtenşteyn - 1:0
14 avqust 2013. YO. Bakı. Azərbaycan – Malta - 3:0
11 oktyabr 2013. DÇ. Bakı. Azərbaycan – Şimali İrlandiya - 2:0
5 mart 2014. YO. Dubay. Azərbaycan – Filippin - 1:0
 

Qeyd: YO – yoldaşlıq oyunu, BT – beynəlxalq turnir, DÇ – dünya çempionatının seçmə oyunu, AÇ – Avropa çempionatının seçmə oyunu