7-ci təyinat: Meydan sahibləri üstün, “Qəbələ”nin qapısı toxunulmazdı
10.02.2015 - 12:16
7-ci təyinat: Meydan sahibləri üstün, “Qəbələ”nin qapısı toxunulmazdı

Bu gün Topaz Premyer Liqasının XXI turunda keçiriləcək “Simurq” – “Qəbələ” matçını idarə edəcək İnqilab Məmmədov mövsümdə 7-ci çempionat oyununa təyinat alıb. Apasport.az saytının məlumatına görə, onun fit çaldığı 6 görüş meydan sahiblərinin üstünlüyü ilə keçib. Bu qarşılaşmalarda qonaqlar yalnız 1 qələbə qazanıb və 2 heç-heçəylə kifayətlənib.

 

Məmmədov qonaqları 1 qırmızı vərəqə, meydan sahiblərini 3 penalti ilə cəzalandırıb. Lakin bu 3 zərbədən biri dəqiq olmayıb.

 

Həm “Qəbələ”, həm də “Simurq” 3-cü dəfə bu referinin idarəçiliyi ilə meydana çıxacaq. XIV turda səfərdə “Neftçi” ilə heç-heçə edən “Qəbələ” XIX turda “Bakı”nı 2 cavabsız qolla məğlub edib. Bir sözlə Məmmədovun baş hakimi olduğu matçlarda “qırmızı-qaralar” qol buraxmır. Referi bu matçlarda “Qəbələ”nin lehinə 1 penalti təyin edib.

 

Zaqatala təmsilçisi isə VIII turda “İnter”lə qolsuz heç-heçə edib, XV turda isə Sumqayıtda eyniadlı komandaya uduzub – 1:2.