“Qarabağ”ın futbolçusu Reynaldo Silva Azərbaycan klubları üçün avrokuboklarda vurduğu qolların sayını 3-ə çatdırıb. Apasport.az saytının məlumatına görə, cari mövsümdə artıq 3-cü dəfə “Qarabağ” azarkeşlərinə qol sevinci yaşadan legioner bu göstəricidə 15 ən yaxşı bombardir sırasına qatılıb.
Avropa Liqasının III təsnifat mərhələsinin “Gefle” ilə oyununda isveçlilər üzərində qələbə qolunu vuran Reynaldo hər mərhələnin ilk oyununda qələbə gətirən qolu vurur. I təsnifat mərhələsində Makedoniyada “Metallurq”u (1:0), II təsnifat mərhələsində Polşa “Pyast”ını Bakıda (2:1) məğlub edəndə də qələbə qolunu Reynaldo rəqib qapısından keçirmişdi. Əgər bu oyunları qələbəyə görə 3 xal prinsipi ilə hesablasaq, “Qarabağ”ın 9 nömrəsi 9 xal qazandırıb.
1. Rəşad Sadiqov 7
2-3. Rəşad Sadıqov 5
Əfran İsmayılov 5
4.-9 Vüqar Nadirov 4
Julius Vobay 4
Badri Kvaratsxeliya 4
Branimir Subaşiç 4
Feliks Felipe Almeyda 4
Baçana Sxadadze 4
10-15. Georgi Adamiya 3
Rauf Əliyev 3
Müşfiq Hüseynov 3
Nikolas Kanales 3
Cavid İmamverdiyev 3
Reynaldo Silva 3
9 xal “qazandıran” 9 nömrə”: Reynaldonun qələbə qolları
02.08.2013 - 00:15
0
0