[b]“Qəbələ” – “Borussiya” oyununda sürpriz qonaq[/b]
22.10.2015 - 19:14
UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda “Qəbələ” öz meydanında “Borussiya” ilə qarşılaşır. Apasport.az saytının məlumatına görə, matçı izləyənlər arasında sürpriz qonaq da var.
Belə ki, hazırda davam edən qarşılaşmanın seyirciləri arasında “Qəbələ”nin keçmiş baş məşqçisi Yuri Syomin də əyləşib. Rus mütəxəssis keçmiş komandasının oyununu izləmək üçün paytaxtımıza təşrif buyurub.
0
0