[b]Çempionun seriyasını autsayder qırdı[/b]
15.05.2016 - 21:38
[b]Çempionun seriyasını autsayder qırdı[/b]

Topaz Premyer Liqasının XXXV turunda səfərdə “Rəvan”la qarşılaşan “Qarabağ” 1:2 hesablı məğlubiyyətə üzülüb. Apasport.az saytının məlumatına görə, bu yenilgi ağdamlıların ardıcıl qalibiyyətlərinin sonu olub.

 

Çempionluğu bir neçə tur qabaqcadan təmin edən “köhlən atlar”ın qələbə seriyası sondan bir əvvəlki turda başa çatıb.

 

Belə ki, axırıncı dəfə XXIII turun “İnter”lə oyununda xal itirən (1:1) Qurban Qurbanovun yetirmələri ondan sonra ardıcıl 11 oyunda rəqib tanımamışdı.

 

XXIV turda “Zirə”nin o vaxt davam edən qalibiyyət seriyasını 2:0 hesablı qələbə ilə dayandıran “Qarabağ” ardınca “Sumqayıt” (2:0), “Qəbələ” (2:1), “Rəvan” (5:1), “Xəzər Lənkəran” (2:1), "Kəpəz" (4:0), “Neftçi” (2:1), “İnter” (2:0), “Zirə” (2:0), “Sumqayıt” (1:0) və “Qəbələ”ni (2:0) məğlub etmişdi.

0