[b]Elxan Məmmədov Ramil Şeydayevdən danışdı[/b]
13.07.2016 - 19:34
[b]Elxan Məmmədov Ramil Şeydayevdən danışdı[/b]

AFFA-nın baş katibi Elxan Məmmədov Rusiya mətbuatına açıqlama verib. Apasport.az saytının məlumatına görə, TASS agentliyinə danışan baş katib Ramil Şeydayevin Azərbaycan millisində çıxış etmək ehtimalını şərh edib.

 

“Ramil Azərbaycan vətəndaşıdır və bu ölkənin milli komandasında oynamaq üçün müraciət edib. Futbol Federasiyası olaraq biz bu addımı alqışlayırıq və onun sənədlərini təsdiqlənməsi üçün FİFA-ya göndərdik” – deyə AFFA rəsmisi bildirib.

 

Baş katib qeyd edib ki, Azrbaycan milli komandasında çıxış etmək üçün bu ölkənin pasportunu daşımaq o qədər də vacib deyil: “FİFA-nın reqlamentinə görə, bir oyunçunun milli komandada çıxış etməsi üçün o ölkənin pasportuna sahib olmasına gərək yoxdu. Əgər onun özü, atası, anası, nənəsi və ya babası oynamaq istədiyi ölkənin ərazisində doğulubsa, buna haqqı çatır. Məlum olduğu kimi, Şeydayevin atası Bakıda doğulub”.

 

Elxan Məmmədov əlavə edib ki, Rusiya Futbol Federasiyasından Ramilin bu ölkənin millisində oyanamaması haqqında müvafiq arayış da alınıb.

 

Qeyd edək ki, 20 yaşlı hücumçu “Zenit”lə yollarını ayırdıqdan sonra Türkiyənin “Trabzonspor” klubu ilə anlaşıb və milli komandamızda oynamaq üçün AFFA-ya müraciət edib.

0