[b]“Qarabağ” Madridə çatdı[/b]
30.10.2017 - 00:01
[b]“Qarabağ” Madridə çatdı[/b]

Çempionlar Liqasının qrup mərhələsinin IV turunda səfərdə “Atletiko” ilə qarşılaşacaq “Qarabağ” İspaniyaya çatıb. Apasport.az saytının oyuna ezam olunmuş əməkdaşının məlumatına görə, komanda artıq Madriddədir.

 

Bakı vaxtı ilə saat 16:30-da çarter reysi ilə yola düşən, içində jurnalistlər, klub rəsmiləri və futbolçuların olduğu təyyarə bizim vaxtla saat 23:00-da Madridə eniş edib.

 

Qeyd edək ki, “Ateltiko” – “Qarabağ” oyunu oktyabrın 31-də, saat 23:45-də start götürəcək.