“Barselona”nın “Nou Kamp” stadionu yenilənəcək. Apasport.az saytının xəbərinə görə, bu barədə İspaniya klubunun prezidenti Sandro Rosell yerli mətbuata açıqlamasında məlumat verib.
Rosell stadionu yeniləməklə bağlı artıq qərar verdiklərini bildirib: “Bizim üçün çox çətin qərar idi. Həm yeni stadion, həm də yeniləmə məsələlərini müzakirə etdik. Stadionumuzu yeniləməyə qərar verdik. “Nou Kamp” həm tarixi, həm də memarlıq üslubu baxımından əvəzedilməz stadiondur. Yeni stadion tikmək isə klub üçün sərfəli deyil”.
Qeyd edək ki, “Nou Kamp” stadionu 1957-ci ilin iyul ayından “Barselona”nın istifadəsinə verilib.