Millimizin qənimindən çətin qələbə
05.02.2014 - 10:26
Millimizin qənimindən çətin qələbə

 

 

Futzal üzrə Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, İspaniya və İtaliya milliləri yarımfinala son vəsiqələrin sahibi olublar.

 

Çempionatın favoritlərindən sayılan və öz qrupundan 1-ci yerlə mərhələ adlayan bu iki komandanın 1/4 finaldakı nəticələri fərqli alınıb.

 

Azərbaycan millisini 7:0 hesabı ilə məğlub etməklə qrupda saxlayan İtaliya Xorvatiya ilə matçda çətinliklə üzləşib. Apenninlilər minimal fərqlə qalib gəliblər – 2:1. Yığmamızın qrupunda 2-ci olan Sloveniya isə 6 qat qitə çempionu İspaniya önündə aşkar aciz olub – 0:4.

 

Futzal üzrə Avropa çempionatının final mərhələsi

1/4 final

4 fevral

 

İtaliya – Xorvatiya – 2:1

Sloveniya – İspaniya – 0:4

 

Qeyd edək ki, bu matçlardan sonra yarımfinal cütlərinin tam tərkibi müəyyənləşib. Fevralın 6-da baş tutacaq matçlarda Portuqaliya İtaliya, Rusiya isə İspaniya ilə görüşəcək.