Özkara izlədi, “Sivasspor” lideri məyus etdi
09.02.2014 - 21:40
Özkara izlədi, “Sivasspor” lideri məyus etdi

Bu gün millimizin hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu “Sivasspor” klubu növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “Yiğidolar”Türkiyə Superliqasının XX turunda evdə lider “Fənərbaxça” ilə üz-üzə gəlib.

 

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Baş məşqçi Roberto Karlos Cihanın adını matçın işrirak ərizəsinə daxil etsə də, onu sona qədər ehtiyatda saxlayıb.


 
Qeyd edək ki, “Sivaspor” bu matçdan sonra 35 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.