[b]“Qarabağ"dan yaxşı futbolçu çıxmadı...[/b]
23.02.2014 - 13:36
[b]“Qarabağ"dan yaxşı futbolçu çıxmadı...[/b]

Topaz Premyer Liqasında XXII turun rəmzi komandası açıqlanıb. Apasport.az saytının məlumatına görə, ötən turun ən yaxşı “11-liy”i “InStat Football” şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik göstəricilərə əsasən müəyyənləşib.

 

Siyahıya “Neftçi” ilə “İnter”in daha çox üzvü yer alıb. Paytaxt derbisində məhsuldar heç-heçə (2:2) edəın rəqiblərin hərəsindən 3 futbolçu rəmzi yığmaya düşüb.

 

Qapıçı – Lukaş Sapela (Rəvan)

Müdafiəçilər – Yohan Bokonyano (İnter), İdan Vaytsman (Simurq), Laşa Salukvadze (İnter), Emin Mehdiyev (Neftçi)

Yarımmüdafiəçilər – Vaqif Cavadov (İnter), Rəşad Sadiqov (Neftçi), Aleksandar Soliç (Bakı), Araz Abdullayev (Neftçi)

Hücumçular – Draqan Çeran (Simurq), Rauf Əliyev (Bakı)

 

“Qarabağ” bu dəfə də topa ən çox sahib olan və dəqiq ötürmə verən komandadır – oyun ərzində 47 dəqiqədən çox topa sahib olma, 82% dəqiq ötürmə. Hücum sayında “Xəzər Lənkəran”, qapıya zərbələrdə isə “Simurq” üstün olub. “İnter” futbolçuları isə hamıdan çox – 8 dəfə oyundankənar vəziyyətə düşüb. Cənub təmsilçisi həm də təkbətək mübarizələrdə digər komandaları üstələyib. Ən çox qayda pozuntusuna yol verən komanda isə “Qəbələ”dir.

 

Topaz Premyer Liqasında XXII turun ən yaxşı oyunçusu isə “Simurq”dan Draqan Çerandır. 27 yaşlı serbiyalı hücumçu “Sumqayıt”la oyunda dubl edərək komandasının böyükhesablı qələbəsində pay sahibi olub.

 

Mənbə: pfl.az