“Barselona” futbol klubunun baş məşqçisi Herardo Martino Çempionlar Liqasında “Atletiko”ya qarşı oyun öncəsi komandasının uğurunun sirrini açıqlayıb. Apasport.az saytının məlumatına görə, argentinalı mütəxəssis kataloniyalıların cəld və inadkar oynamalarının vacib olduğunu vurğulayıb.
Martino bildirib ki, qarşıdurmanın uğurunun sirri rəqib kimi yüksək tempdə oynamaqdır: “Bundan sonra isə “Barselona”nın məşhur olduğu təhlükəni göstərəcəyik. Amma əvvəlcə cəld və inadkar olmaq lazımdır. Məşqçinin hansısa fikri olanda, ondan oyunçuları meydanda düzgün yerləşdirmək tələb olunur. Əlbəttə, biz başa düşürü ki, Neymar sağ qanadda oynayanda onun bəzi keyfiyyətlərini itiririk. Amma Neymar səviyyəli oyunçular hücumun istənilən mövqeyində oynaya bilərlər”.