Pike sıradan çıxdı
02.04.2014 - 05:31
“Barselona”nın müdafiəsinin əsas dayağı olan Jerar Pike sıradan çıxıb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında “Atletiko” ilə oyunda zədələnən mərkəz müdafiəçisi 4 həftə yaşıl meydanlarda görünməyəcək.
Pike oyun epizodlarından birində uğursuz yıxılıb. Həkim müayinəsi onun bel sümüyündə çat olduğunu müəyyən edib. 27 yaşlı futbolçu oyuna davam edə bilmədiyindən, Mark Bartro ilə əvəzlənib.
0
0