“Qalatasaray” başqanından Mançini və Droqba açıqlaması
04.04.2014 - 21:17
“Qalatasaray” başqanından Mançini və Droqba açıqlaması

“Qalatasaray” futbol komandasının başqanı Ünal Aysal “Fənərbaxça” ilə derbi öncəsi jurnalistlərə klubla bağlı geniş açıqlama verib. Apasport.az saytının məlumatına görə, Aysal klub televiziyasında açıqlaması zamanı baş məşqçi Roberto Mançini və hücumçu Didye Droqbanın da taleyinə toxunub.

 

“Qalatasaray” başqanı Mançininin növbəti mövsümdə də komandada qalmasını istədiyini vurğulayıb: “Onun üçün heç bir problem yoxdursa, bizim də problemimiz yoxdur. Bundan əvvəlki müqavilələrimizə nə qədər sadiq olmuşamsa, bundan sonra da belə davranıram. Hazırda onun müqaviləsi var və komandadan getmək arzusu da yoxdur”.

 

Ünal Aysal Droqba ilə bağlı suala da cavab verib: “Hər zaman lider oyunçuya ehtiyacımız var. Droqbanın müqaviləsini daha bir il müddətinə uzatmağın tərəfdarıyam. Aprelin sonunda ailə vəziyyətini də nəzərə alaraq qalmaq və ya getmək qərarını açıqlayacaq… Droqba mənə “Qalatasaray” azarkeşlərini sevdiyini, bağlandığını, uzun illər xidmət etmək istədiyini bildirmişdi. Bunun onun yekun qərarına nə qədər təsir edəcəyini bilmirəm”.