Aqil Məmmədov: Futbolda belə hallar olur
12.05.2014 - 20:05
“Çempion olması münasibəti ilə “Qarabağ”ı təbrik edirəm”. Apasport.az saytının məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Sumqayıt” klubunun baş məşqçisi Aqil Məmmədov deyib: “Ümid edirəm ki, Çempionlar Liqasında uğurlu çıxışı ilə bizi sevindirərlər. Oyun bizim üçün çox vacib idi. Futbolçular bütün tapşırıqları yerinə yetirə bilməsə də, yekunda qələbə qazana bildik. İlk hissədə daha yaxşı təsir bağışladıq, lakin qələbə qolunu ikinci hissədə vura bildik. Futbolda belə hallar olur. Çalışacağıq ki, növbəti turda da azarkeşlərimizi sevindirək”.
0
0