Böyükağa Hacıyev: Bu, futbolda olan haldır
12.05.2014 - 21:09
Böyükağa Hacıyev: Bu, futbolda olan haldır

 

 

“Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev “Rəvan”a qarşı oyunu şərh edib. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis oyunun qarışıq alındığını bildirib: “Çoxsaylı qol imkanları yaratmağımıza baxmayaraq, həlledici vuruş çatışmırdı. Rəqib iki hissə ərzində qapımıza bir zərbə vurdu, o da qol oldu. Oyunun gərgin keçəcəyini gözləyirdim. Medallar uğrunda qızğın mübarizə getdiyi kimi Premyer Liqada qalmaq üçün də “Sumqayıt”la “Rəvan” mübarizə aparır. Yaxşı ki, son anda futbolçular özlərində güc tapıb son nöqtəni qoya bildilər. Artıq çempionatın sonuna bir tur qalıb. “Simurq”a qarşı oyun da çox çətin keçəcək. Çünki, üçüncü yerin sahibi məhz bu oyunlarda müəyyən olunacaq. “Sumqayıt” çempionu məğlub etdi, bu, futbolda olan haldır”.