Alfred Sanko rəsmən “Xəzər Lənkəran”da
09.07.2014 - 20:25
Alfred Sanko rəsmən “Xəzər Lənkəran”da

 

“Xəzər Lənkəran” futbol klubu daha bir transfer həyata keçirib. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi Syerre-Leonedən olan futbolçu Alfred Sanko ilə müqavilə imzalayıb.

 

Alfred Sanko ilə müqavilə 2 il üçün nəzərdə tutulub. Sanko “Xəzər Lənkəran”ın Sloveniyadakı toplanışına da qatılıb. Qeyd edək ki, buna qədər Türkiyənin “Şanlıurfaspor” klubunda oynayan Alfred Sanko apasport.az saytına xəbəri təsdiqləyib.