[b]Oğuz Çətin yeni qapıçı və Orxan Sadıqlı haqda nə dedi?[/b]
16.08.2014 - 21:23
[b]Oğuz Çətin yeni qapıçı və Orxan Sadıqlı haqda nə dedi?[/b]

“Maraqlandığımız qapıçı var. Onunla danışıqlar son mərhələdədi”. Apasport.az saytının xəbərinə görə, bunu “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin deyib.

 

Yeni qolkiperin adını gizli saxlayan türkiyəli çalışdırıcı “Sumqayıt”la oyunda qırmızı vərəqə alan orxan sadıqlı haqda da danışıb: “Onun təcrübəsinin az olması öz sözünü deyir. Orxan çempionata pis başladı. Bununla belə, komandada qalacaq. Qapıçıdan başqa transferimiz olmayacaq. Sadio Tounkara da komandaya qayıdır”.