“Bütün aspektlər üzrə Azərbaycan milli komandası Rusiya yığması ilə keçiriləcək yoldaşlıq görüşü üçün uğurlu sparinq-rəqibdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya millisinin sabiq çalışdırıcısı Boris İqnatyev deyib.
O, sentyabrın 3-də “Arena Ximki”də reallaşacaq matç haqda fikirlərini bildirib: “Mənim fikrimcə, Azərbaycan yığması ilə qarşılaşmaq bütün nöqteyi-nəzərlərdən çox yaxşı və uğurlu variantdır. Rəqibin oyunu ilə komandadakı əlaqələri bəyənməyə imkan verəcək. Düşünmürəm ki, Kapello çox fiziki və əsəb gücü xərcləyəcək. Əks təqdirdə, biz Lixtenşteynlə matça istədiyimiz kimi çıxmayacağıq. Onlar isə xüsusi diqqətə layiq deyil”.
Qeyd edək ki, Boris İqnatyev 1996-1998-ci illərdə Rusiya milli komandasının “sükanı arxası”nda olub.