“2:5-dən sonra Azərbaycan yığmasına yenilmək üzücü idi”
01.02.2014 - 01:55
“2:5-dən sonra Azərbaycan yığmasına yenilmək üzücü idi”

“Komanda yorğun idi. Azərbaycan yığmasının isə heyəti genişdir. Bu baxımdan rəqib üçün belə gərgin matçda oynamaq çətin olmadı”. Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Sloveniya millisinin baş məşqçisi Andrey Doboviçnik deyib.

 

Avropa çempionatının Belçikada keçirilən final mərhələsinin qrup matçında millimizə uduzan sloveniyalıların çalışdırıcısı bildirib ki, Azərbaycan yığmasının üstünlüyü əksər futzalçılarının “Araz”da oynamasıdır: “Həm də onlar eyni komandada oynayırlar. Azərbaycan millisinə məğlubiyyət ağır oldu. 2:5-dən sonra yenilmək üzücü idi”.

 

Qeyd edək ki, millimiz Sloveniyaya 7:6 hesabı ilə qalib gəlib.