“Bakı”nın problemi Madriddə həll olunacaq
19.05.2014 - 16:43
 “Bakı”nın problemi Madriddə həll olunacaq

“Hafiz Məmmədov hazırda İspaniyadadır. O, La Liqanın son turunda “Atletiko”nun “Barselona” ilə görüşünü izləyib”. Bunu apasport.az saytına “Bakı”nın icraçı direktoru Yaşar Seyidov deyib.

 

Maliyyə problemi ilə üzləşən paytaxt təmsilçisinin bir çox legionerlərin tərk edəcəyi gözlənilir. Həmçinin, komandanın aparıcı yerli futbolçularının da maaşların verilməməyinə görə klubdan ayrılacağı ehtimal edilir.

 

Seyidov bildirib ki, bu məsələlərə yaxın günlərdə aydınlıq gələcək: “Hafiz müəllim Portuqaliyanın paytaxtı Lissabonda baş tutacaq Çempionlar Liqasının finalını izləyəcək. Bildiyiniz kimi, “Land of fire Azerbaijan”ı təmsil edən “Atletiko” mayın 24-də Madrid “Real”ı ilə qarşılaşacaq. Klub prezidentimiz Madriddə olduğu müddətdə komandamızın baş məşqçisi Milinko Pantiçlə görüşəcək. Orda kimlərlə müqavilə bağlanacağı, kimlərdən imtina edəcəyimiz dəqiqləşəcək”.