“Bakı”nın arzuladığı futbolçu “Lokomotiv”ə keçdi
20.02.2014 - 10:17
 “Bakı”nın arzuladığı futbolçu “Lokomotiv”ə keçdi

“Bakı” klubunun transfer etmək istədiyi bolqarıstanlı futbolçu Spas Delev özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, təmsilçimizin transfer qadağası üzündən heyətinə qata bilmədiyi hücumçu karyerasını vətənində davam etdirəcək.

Belə ki, “Bakı”nın prezidenti Hafiz Məmmədovun sponsorlarından olduğu Fransa “Lans”ı da Delevi heyətinə qata bilməyib. Bolqarıstanlı Plovdiv “Lokomotiv”ini aşağı dəstə təmsilçisindən üstün tutub. Spas yeni klubu ilə müqavilə də imzalayıb

Qeyd edək ki, Delevin son klubu İspaniyanın aşağı dəstə təmsilçisi “Las Palmas” olub.