“Dinamo” (Kiyev) – “Valensiya” matçı Kiprdə keçiriləcək
20.02.2014 - 12:42
 “Dinamo” (Kiyev) – “Valensiya” matçı Kiprdə keçiriləcək

Avropa Liqasının 1/16 final mərhələsinin bu gün keçiriləcək “Dinamo” (Ukrayna) – “Valensiya” (İspaniya) qarşılaşmasının baş tutacağı yer məlum olub. Apasport.az saytının məlumatına görə, Kiyevdə yaşanan hadisələr matçın bu şəhərdə keçirilməsinə imkan verməyib.

 

UEFA əvvəl İspaniya təmsilçisinin təhlükəsizliyinə təminat versə də, sonradan matçın başqa ölkədə keçirilməsinə üstünlük verib. “Dinamo”nun ev sahibi olacağı matç Kiprdə baş tutacaq. Qarşılaşma Nikosiyanın GSP stadionunda keçiriləcək. Oyun əvvəlcədən nəzərdə tutulduğu vaxtda – 22:00-da başlayacaq.

 

Qeyd edək ki, bu stadion Azərbaycan klubları üçün düşərlidir. İl yarım əvvəl məhz bu arenada APOEL-i məğlub edən “Neftçi” Avropa Liqasının qrupuna düşmüşdü.