“İnter” – 38%
10.12.2014 - 17:08
 “İnter” – 38%

Sabah Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda “Qarabağ”ın qonağı olacaq İtaliya “İnter”i əvvəlki oyunlarla müqayisədə fərqli olacaq. Apasport.az saytının məlumatına görə, Bakıya gətirilən heyət mərhələnin ilk 5 matçındakı komandanın 38 faizini təşkil edir.

 

Belə ki, İtaliya təmsilçisinin üzvləri əvvəlki 5 qarşılaşmada ümumilikdə 69 oyun keçiriblər. 4 görüşdə 14, 1-də 13 futbolçudan yararlanan baş məşqçilər əvəzetmələrin birindən istifadə etməyib.

 

Bakıya gətiriləcəyi açıqlanan 19 oyunçudan biri – Nemanya Vidiç sonradan heyətdən çıxarıldığı üçün cəmi 18 futbolçu qalıb. Onlar isə əvvəlki 5 qarşılaşmada üst-üstə 26 görüşdə forma geymişdi. Bu isə mümkün olanın 37,68 faizi, yuvarlaqlaşdırdıqda 38 faizidi.

 

Ölkəmizə gələnlərdən heç biri 5 qrup matçında iştirak etməyib. Andreoli və Osvaldo 4, qapıçı Karrizo, M'Vila və Obi 3 dəfə meydana çıxıb. 6 oyunçu 1-2 dəfə şans qazanıbsa, 7 debütant qrup mərhələsində ilk matçına çıxacağı anı gözləyir. Onlar arasında 1996, hətta 1997-ci il təvəllüdlü yeniyetmələr də var.

 

Bütün oyunlarda çıxış edən Xuan, Kuzmanoviç, yalnız bir görüşü buraxan Dodo, Quarin, Ernanes, İkardi kimi futbolçular isə səfərə iştirak etməyənlərdi.

 

“Inter”in Bakıya gələn heyəti qrup mərhələsində

Qapıçılar

Xuan Pablo Karrizo - 3

Tommazo Berni - 0

David Kosta - 0

Müdafiəçilər

Marko Andreolli - 4

Uqo Kampanyaro - 2

İbrahima Mbaye - 2

Danilo D'Ambrosio – 2 (2)

Ayzek Donkor - 0

Eloqe Koffi Yao Qay – 0

Cakomo Skyaça - 0

Federiko Dimarko - 0

Yarımmüdafiəçilər

Coel Obi - 3

Yann M'Vila - 3

Rene Krhin - 1

Andrea Palassi - 1

Hücumçular

Pablo Osvaldo – 4 (1)

Federiko Bonassoli - 1

Enirko Baldini - 0