“İnter”: Çin çempionu, yoxsa “Rapid”?
21.01.2014 - 19:36
 “İnter”: Çin çempionu, yoxsa “Rapid”?

“İnter” Türkiyə toplanışı çərçivəsində keçirəcəyi 4-cü yoxlama oyunundakı rəqibini hələ də müəyyənləşdirə bilməyib. Apasport.az saytının məlumatına görə, “bankirlər” 2 rəqib arasında qalıb.

Belə ki, “İnter” sabah ya Vyana “Rapid”i, ya da son Çin çempionu “Quançjou Everqrand”la gücünü sınayacaq. Paytaxt təmsilçisi böyük ehtimalla, İtaliya millisini dünya çempionu etmiş Marsello Lippinin rəhbərlik etdiyi Çin təmsilçisi ilə qarşılaşacaq.