“Qalatasaray” Braziliya yığmasının üzvünü istəyir
10.07.2015 - 19:19
İstanbulun “Qalatasaray” klubu “Mançester Yunayted”in müdafiəçisi Rafael da Silvanın xidmətlərində maraqlıdı. Apasport.az saytının məlumatına görə, bu barədə “The Guardian” qəzeti xəbər yayıb.
Bildirilir ki, ingilislər Matteo Darmianın transferini həll etdikdən sonra braziliyalını komandadan yollamaq qərarına gəlib.
“Manukunianlar”la Da Silva arasındakı müqavilə gələn ilin yayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, 24 yaşlı müdafiəçi 2008-ci ildən “Mançester Yunayted”in şərəfini qoruyur.
0
0