“Qaradağ Lökbatan” “Şəmkir”lə bacarmadı
04.04.2014 - 17:41
Futbol üzrə Azərbaycan I Divizionunda XXIV tura start verilib. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə,
turun açılış oyununda “Şəmkir” doğma meydanda “Qaradağ Lökbatan”ı qəbul edib.
Ev sahibləri matçı 1:0 hesabı ilə xeyrlərinə başa vurublar. “Şəmkir”in qələbə topu Anar Rzayevin (d.76) hesabındadır.
0
0