“Qəbələ”də hər şey yüksək səviyyədədir” - FOTO
21.01.2014 - 14:23
“Qəbələ”də hər şey yüksək səviyyədədir” - FOTO

“Azərbaycan çempionatının ikincisi ilə oyunumuz yaxşı, mübarizə ab-havasında keçdi. Futbolçulara texnikalı və səviyyəli rəqiblə oyunda öz güclərini sınamaq, məşqçilər heyətinə isə xüsusi mövqelər və iş istiqamətləri üçün fikirləşmək imkanı yarandı”. Apasport.az saytının məlumatına görə, bunu “Tobol”un idman direktoru Konstantin Qalçenko deyib.

 

Qalçenko bildirib ki, Yuri Syominin yetirmələri bu görüşə Kostanay təmsilçisindən daha hazırlıqlı imiş: “Çox sevindirici haldır ki, komanda döyüşdü və layiqincə çıxış etdi. İlk hissədə hər komanda bir neçə qol şansları yaratdı. Bununla belə, rəqibimiz şanslarından yararlanaraq 2 qol vurdu, biz isə yox. Bütün bunlar funksional hazırlıqla bağlıdır. “Qəbələ” çempionatın startına yaxın olduqlarından, onlardan hər şey yüksək səviyyədədir. Matç göstərdi ki, “Tobol”un futbolçuları hələ bütün matçlarda oynamağa hazır deyil. “Qəbələ” isə pik formasındadır. Çünki artıq fevralda Azərbaycan çempionatı başlayacaq. Ancaq bununla belə, biz Vitali Volkovun penaltidən qolu (əslində isə adi vəziyyətdən vurulub – red.) ilə cavab verə bildik və son dəqiqələrdə hesabı bərabərləşdirmək şansları əldə etdik”.

 

Qeyd edək ki, “Qəbələ”nin Antalyada hələlik yeganə qələbəsi olan “Tobol”la matçda təmsilçimizin qollarını Daniyel Subotiçlə Viktor Mendi vurub.